Məcburi köçkünlərin yaşadığı sanatoriya yanıb

Məcburi köçkünlərin yaşadığı sanatoriya yanıb

Fövqəladə Hallar Nazirliyi Pirşağı qəsəbəsində yerləşən “Gilavar” sanatoriyasında baş verən yanğınla bağlı məlumat yayıb. 

Nazirlikdən verilən məlumata görə, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən və hazırda fəaliyyət göstərməyən “Gilavar” sanatoriyasının ərazisində məcburi köçkünlərin məskunlaşdığı üçmərtəbəli korpusun 1-ci mərtəbəsində ümumi sahəsi 42 m² olan iki otağın və dəhlizin yanar konstruksiyaları, binaya bitişik tikilmiş ümumi sahəsi 18 m² olan köməkçi tikilinin yanar konstruksiyaları və zirzəmiyə yığılmış məişət əşyaları 18 m² sahədə yanıb. 

Yanğın zamanı yuxarı mərtəbələrdəki tüstülənən otaqlardan 55 nəfər sakin FHN-nin müvafiq xilasetmə qüvvələri tərəfindən təxliyyə edilib. Bina yanğından mühafizə olunub.

Yanğın söndürülüb. 


loading...