Bakıda 30-a yaxın ev su altında qaldı

Bakıda 30-a yaxın ev su altında qaldı

Binəqədi rayonunda evləri su basdığından onlarla sakin təxliyə edilib.

XƏBƏRÇİ.AZ "Report"a istinadən xəbər verir ki, hadisə Məhəmməd Əmin Rəsulzadə qəsəbəsində baş verib.   Həmidə Məmmədquluzadə küçəsində diametri 1000 santimetr olan su borusu partlayıb. Nəticədə 30-a yaxın ev su altında qalıb. Sakinlər "Report"-a bildirib ki, cəmi 10 dəqiqə ərzində su bütün küçəni əhatə edib. Ev və mənzillərin içərisində olan məişət əşyaları yararsız hala düşüb. Yaxınlıqda yerləşən məcburi köçkünlərin yaşadığı 3 mərtəbli yataqxananın birinci mərtəbəsində yerləşən mənzilləridə su altında qaldığından birinci mərtəbədə yaşayanlar yuxarı mərtəbələrdə yaşayan qonşularının evində gecələməli olub. Bütün bunlardan başqa küçədə olan avtomobillər də hərəkətsiz vəziyyətdə qalıb.


loading...