Avtovağzalda özünə qəsd edən 18 yaşlı qızın kimliyi bəlli oldu

Avtovağzalda özünə qəsd edən 18 yaşlı qızın kimliyi bəlli oldu

O, ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib

Xəbər verdiyimiz kimi, Bakı Beynəlxalq Avtovağzalında intihara cəhd hadisəsi baş verib. Minval.İnfoxəbər verir ki,  Astara rayon sakini Şəbnəm Ağazadə günorta saatlarında özünü Avtovağzal Ticarət Mərkəzinin üçüncü mərtəbəsindən yerə atıb. 18 yaşlı Ş.Ağazadə açıq kəllə-beyin travması alıb.

O, ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Qız Avtovağzal Ticarət Mərkəzində, ətir dükanında satıcı kimi fəaliyyət çalışırmış. Hadisə də iş vaxtı baş verib.

Məlumata görə, Şəbnəm daha öncə də intihara cəhd edib. Amma o cəhdin qarşısı alınıb.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.


loading...