Qıza təcavüz edənləri soyundurub küçələrdən keçirdilər

Qıza təcavüz edənləri soyundurub küçələrdən keçirdilər

Hindistanın Arunaçal-Pradeş ştatındakı Yinkionq bölgəsindəki kəndlərdən birində 17 yaşlı qıza təcavüz etmiş iki kişiyə çox ağır cəza verilib.

XƏBƏRÇİ.AZ bildirir ki, kənd sakinləri bu kişiləri tutandan sonra möhkəm döyüblər, sonra da soyunduraraq küçələrdən keçiriblər.

Daha sonra bu şəxslər polisə təhvil verilib.

17 yaşlı qıza 4 kişinin təcavüz etdiyini deyilir. Digər iki nəfərin axtarışlarına başlanıb.

Polisdən verilən məlumata görə, Facebook-da 21 yaşlı gənclə ilə tanış olan qız onunla görüşməyə razılıq verib. Görüşə yollanan qızı həmin şəxs və onun 3 yoldaşı zorlayıblar.

 

milli.az


loading...