Sumqayıtda yanğın: Sakinlər təxliyyə edilib

Sumqayıtda yanğın: Sakinlər təxliyyə edilib

Sumqayıt şəhərində yaşayış binasında yanğın olub.

Bu barədə  Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilib ki, Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının pilləkən qəfəsində quraşdırılmış 10 ədəd sayğac və 2 p.m elektrik kabeli yanıb.

Yanğın zamanı tüstülənmiş mənzillərdən altı nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyyə olunub. Mənzillər yanğından mühafizə edilib.

Yanğın söndürülüb.


loading...