İranda Novruz bayramı ərəfəsində bədbəxt hadisələr nəticəsində xəsarət alanların statistikası açıqlanıb.
XƏBƏRÇİ.AZ trend-ə istinadən bildirir ki, insidentlər daha çox çərşənbə axşamları bayram tonqalları ətrafında qeydə alınıb.
Belə ki, partlayıcı maddələrlə ehtiyatsız davranmaq nəticəsində ümumilikdə 2000-ə yaxın şəxs xəsarət alıb.
Onların 600-dən çoxu xəstəxanaya yerləşdirilib. 263 nəfər gözündən əməliyyat olunub, 20-dən çox adamın əli və ya ayağı amputasiya edilib.
6 nəfər xəstəxanada həyatını itirib.