ATV-nin 32 əməkdaşı işdən çıxarıldı - Aralarında rəhbər şəxslər də var

ATV-nin 32 əməkdaşı işdən çıxarıldı - Aralarında rəhbər şəxslər də var

Bu gün rəhbərliyi dəyişən ATV kanalının 32 əməkdaşı işdən çıxarılıb.   Xəbərçi.az  teleqraf.com-a istinadən xəbər verir ki, onların içində ATV dizayn qrupunun rəhbəri, rejissor Rauf Ocaqverdiyev də var. Həmçinin ATV-nin baş prodüseri Taleh Bağırov, ATV-nin vitse-prezidentinin müavini, teleseriallar şöbəsinin rəhbəri Vado Korovin, "Azad Azərbaycan” Teleradio Yayım Kompaniyasının radio qrupları üzrə vitse-prezidenti Arzu Cəfərova da işdən azad edilənlər sırasındadır.   Qeyd edək ki, bu gün kanalın rəhbəri Vüqar Qaradağlı vəzifəsindən azad olunandan sonra, vitse-prezident, eyni zamanda Qaradağlının qaynı Rauf Dadaşov və aparıcı Turan İbrahimov da ATV-dən kənarlaşdırılıb.

 


loading...