“Mərkəzi Bank tərəfindən növbəti dövr üçün kursun necə dəyişəcəyi barəsində cəmiyyətə məlumat verilməsinə ehtiyac var”.
Xəbərçi.az big.az-a açıqlamasında iqtisadçı alim Vüqar Bayramov deyib.
Vüqar Bayramov qeyd edib ki, insanların məzənnəyə uyğun davranması üçün vaxtında məlumatın verilməsi əhəmiyyətlidir: "Martda dollara olan ehtiyacın artması proqnozlaşdırılır. Xərcləmələr və idxal artıqca dollara olan tələbat artacaq”.
Vüqar Bayramov vurğulayıb ki, turistlərin ölkəmizə gəlməsinə ilə bağlı olaraq mənzillərin kirayə qiymətlərində artım gözlənilir: “Amma mənzillərin qiymətində artım gözlənilmir. Çünki mənzillərə təlabat o qədər də çox deyil”.