Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlərin sayı 500-ə çatıb

Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlərin sayı 500-ə çatıb Bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün indiyədək 500 insan müraciət edib.   Bu barədə Xeberci.az-a Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) xəbər verilib.   Bildirilib ki, müraciətlərin qəbul olunması davam edir və hazırda 500 insan Həcc ziyarətinə getmək üçün müraciət edib.   QMİ-dən onu da bildiriblər ki, müraciət edənlər arasında hələ ki təkrar Həcc ziyarətinə getmək istəyən yoxdur. Əvvəlki illərdə təkrar gedənlərin sayı isə 12 nəfər olub.   Səudiyyə Ərəbistanı qanunlarına əsasən, son 4 il ərzində təkrar Həcc ziyarətinə gedənlər əlavə 535 dollar ödəməlidir. Yəni, əgər bir şəxs son 4 ildə hər il Həcc ziyarətinə gedibsə və bu il də gedirsə, əlavə məbləğ ödəməlidir. QMİ-dən əlavə ediblər ki, hələki təkrar Həcc ziyarəti üçün müraciət edilməyib.
loading...