Artıq "WhatsApp"da 1 saat 8 dəqiqə 16 saniyəniz var!

Artıq "WhatsApp"da 1 saat 8 dəqiqə 16 saniyəniz var!

"WhatsApp"ın 2.18.69 variantında yenilik irəli sürülüb. 

Xeberci.az xəbər verir ki, "WhatsApp"da artıq mesaj silmə vaxtı uzadılır. "WhatsApp" 420 saniyə, yəni 7 dəqiqəlik olan "hər kəsdən sil" xüsusiyyətinin müddətini uzadıb. Bu xüsusiyyət ilə birlikdə səhv göndərdiyiniz və yaxud mesajı geri çəkmək istədiyiniz təqdirdə mesajın üzərində əlinizi basılı saxlayıb "hamıdan sil" variantına basaraq mesajı silə bilərsiniz.

Alınan qərar nəticəsində istifadəçilərin mesaj silmə müddəti 4096 dəqiqə, yəni 1 saat 8 dəqiqə 16 saniyəyə uzadılıb. Hələ test mərhələsində olan bu dəyişiklik irəliləyən zamanlarda yeni bir təzələmə ilə Android və İOS istifadəçilərinə təqdim ediləcək. Hələlik "Android Beta" və "Windows Phone beta" variantlarında bu xüsusiyyətin istifadəsi eynilə köhnə sistemdə olduğu kimi davam edəcək, ancaq müddət bir qədər uzadılacaq. 


loading...