Maaş artımı kimlərə şamil olunacaq? - Açıqlama

Maaş artımı kimlərə şamil olunacaq? - Açıqlama

Prezident İlham Əliyevin 28 fevral 2018-ci il sərəncamının nə qədər müəllimə şamil olunacağı açıqlanıb.  

"Xəbərçi.az" Lent.az-a istinadən xəbər verir ki, Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehovun  verdiyi məlumata görə, sərəncama əsasən, dövlət büdcəsindən maliyyələşdirilən təhsil müəssisələrində (ali təhsil müəssisələri istisna olmaqla) çalışan işçilərin aylıq vəzifə maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılıb.   Bu artım orta hesabla 240 min təhsil işçisinə şamil edilir.


loading...