Qaloşla efirə qaçıb gələn qadının əri: "Anası neçə ildir yanımda yatır"

Qaloşla efirə qaçıb gələn qadının əri: "Anası neçə ildir yanımda yatır"

Ötən həftə Bakıda ərinin işgəncələrindən "Səni axtarıram"ın efirinə qaloşla qaçıb, gələn gənc qadının əri verilişə gəlib. Xəbərçi.az xəbər verir ki, qadın 3 uşağının atası ilə yenidən bir evdə yaşamaq istəmədiyini, işgəncələrindən təngə gəldiyini deyib. Arvadını yenidən evə qaytarmaq istəyən ərin açıqlamaları isə studiyada birmənalı qarşılanmayıb. Danışığını bilməyən kişiyə aparıcı Xoşqədəm Hidayətqızı düzəliş edib:

"Ay kişi ayıbdır heç olmasa de ki, bizimlə birgəqalırdı anası ... Bizimlə bir yatıb nədi ".

Veriliş zamanı məlum olub ki, ər arvadına olmazın işgəncələri verib, özü isə başqa qadınlarla kefini sürümüş. Qadının açıqlamasına görə əlindəki yanıq izləri yoldaşından yadigar qalıb: "Mənə deyirdi ki, istəmirsənsə səni döyüm bıcağı qoy peçin üstünə da olsun. Mən də edirdim. Sonra da məni o bıçaqla yanıq-yanıq edirdi. Mənə desəydi özünü dənizə at, atardım, döyülməkdən o qədər çox qorxuram ki ...".

Bütün bunlara isə ər görün nə deyib: "Sənə yalvarmıram evə qayıt deyə ... sadəcə o üç balanı yetim qoyma. Yenə də özün bil. Amma Xoşqədəm xanım o qayıtsın daha döyməyəcəm, söz verirəm. Amma siz ayda bir dəfə bizim ailəyə baş çəkin. Bunun anası cadukundur, neçə ildir yanımda yatır, aranı da o qatır".


loading...