
Nazirlər Kabineti Novruz bayramı ilə əlaqədar olaraq qeyri iş günlərinin vaxtını açıqlayıb.
Bu barədə qərarı baş nazir Artur Rasizadə imzalayıb.
Qərarda bildirilir ki, 2018-ci ildə Novruz bayramları haqqında "Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 dekabr tarixli fərmanının 2-ci hissəsinə əsasən 20, 21, 22, 23, 24 mart Novruz bayramıdır.
Martın 24-ü şənbə, 25-i bazar günü olduğu üçün Novruz bayramı tətili dalbadal 7 gün – martın 20-dən 26-na qədər davam edəcək.