Hava kəskin soyuyacaq - Nazirlikdən XƏBƏRDARLIQ

Hava kəskin soyuyacaq - Nazirlikdən XƏBƏRDARLIQ

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.  

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən Xəbərçi.az-a verilən  məlumata görə,  Bakıda və Abşeron yarımadasında fevralın 10-da hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, gecə və səhər bəzi yerlərdə intensiv olacağı gözlənilir.  

Azərbaycanın bəzi rayonlarında fevralın 10-u gündüzdən 12-dək hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir.


loading...