Növbəti iki günün hava necə olacaq?

Növbəti iki günün hava necə olacaq?

Növbəti iki gündə Azərbaycan ərazisində hava şəraiti sabit keçəcək.

Xəbərçi.az məlumat verir ki, bunu report-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

O bildirib ki, bu gün - fevralın 6-da gün ərzində müşahidə olunan güclü şimal-qərb küləyi axşama doğru tədricən mülayimləşəcək: "Növbəti iki gündə ölkə ərazisində mülayim şimal küləyi əsəcək".

G.Məmmədova qeyd edib ki, fevralın 7-8-də ölkə ərazisində hava şaraitinin mülayim və gün ərzində, əsasən, yağmursuz keçəcəyi gözlənilir: "Havanın temperaturu paytaxtda 8-11, Mərkəzi Aran rayonlarında 11-16, dağlıq ərazilərdə 8-13 dərəcə isti təşkil edəcək".
loading...