Nazir müavini vəzifəsindən AZAD EDİLDİ

Nazir müavini vəzifəsindən AZAD EDİLDİ

Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov vəzifəsindən azad olunub.  

Xəbərçi.az nazirliyin saytına istinadən məlumat verir ki, İ.Məmmədovun adı nazir müavinləri siyahısından çıxarılıb.  

Qeyd edək ki, prezident İlham Əliyevin 02 fevral 2018-ci il tarixli sərəncamı ilə Əli Abdullayev nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin edilib.  

Bundan başqa, prezident İlham Əliyevin 02 fevral 2018-ci il tarixli digər sərəncamı ilə Elmir Vəlizadə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini təyin olunub.


loading...