Yasamala təyin edilən yeni icra başçısı kimdir? - MƏLUMAT

Yasamala təyin edilən yeni icra başçısı kimdir? - MƏLUMAT

Xəbər verdiyimiz kimi, prezidentin sərəncamı ilə Əziz Əzizov Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Yasamala icra başçısı təyin edilib.   

Xəbərçi.az-ın məlumatına görə, Ə.Əzizov 9 dekabr 1963-cü ildə Cəbrayıl rayonunda anadan olub. M.Əzizbəyov adına Neft və Kimya Akademiyasının mühəndis ixtisası üzrə bitirib. İndiyədək müxtəlif vəzifələrdə işləyib.  

1985-1986-cı illərdə Tramvay parkında xətt sahəsi əmiri ustası, 1986-1987-ci illərdə Tramvay parkında vaqon bölməsində usta, 1987-1989-cu illərdə Tramvay parkında yol təhlükəsizliyi müfəttişi, 1989-1990-cı illərdə Tramvay parkında yol təhlükəsizliyi idarəsinin rəisi, 1990-1992-ci illərdə Tramvay parkında istismar idarəsinin rəisinin vəzifəsinin icra edən, 1992-1993-cü illərdə Bakı şəhər Nəqliyyat Departamentinin texniki şöbənin rəisi, 1993-1996-cı illərdə Bakı şəhər Nəqliyyat Departamentinin hərəkətin təhlükəsizliyi üzrə rəisi vəzifələrində çalışıb.  

1996-2006-cı illərdə Sahibkarlıq fəaliyyəti məşğul olub. Yeni Azərbaycan Partiyasının üzvüdür.  

Ailəlidir, 3 övladı var.

 


loading...