Ötən gün axşam saatlarından başlayaraq şimal bölgəsində hava şəraiti dəyişib. Bölgəyə qar yağmağa başlayıb.
Quba, Qusar və Xızının dağlıq ərazilərinə 10 sm-dək qar yağıb. Havanın temperaturu mənfi 2-8 dərəcə arasında dəyişir.
Qubanın Xınalıq kəndinə 3, Qırız kəndində 5, Qusarın Ləzə kəndində isə 4 sm qar yağıb. Quba və Qusarın rayon mərkəzində isə qarın hündürlüyü 2 və 4 sm-dir.
Ən aşağı temperatur (mənfi 8 dərəcə) Qubanın Qırız kəndində qeydə alınıb.
Qeyri-sabit hava şəraitinin yanvarın 28-dək davam edəcəyi proqnozlaşdırılır. (apa)