Bakıda satılan çörəkdə taxta parçası çıxıb.
Xəbərçi.az bildirir ki, bu haqda jurnalist Cavid Qurbanov sosial şəbəkədə məlumat paylaşıb. O bildirib ki, “Montin” adlanan ərazidə fəaliyyət göstərən çörək sexindən aldıqları çörəyin içindən taxta parçası tapıblar.
Jurnalist əvvəllər də buna bənzər hadisə ilə qarşılaşdığını qeyd edib.