Bakıda daha bir marşruta yeni avtobuslar buraxıldı

Bakıda daha bir marşruta yeni avtobuslar buraxıldı

Bakıda fəaliyyət göstərən daha bir marşrut xətti yeni avtobuslarla təmin olunub.

Xəbərçi.az məlumat verir ki, bu barədə trend-ə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.

Qurum rəsmisi qeyd edib ki, paytaxtda sərnişinlərə xidmət göstərən 133 nömrəli müntəzəm marşrut xətti üzrə yeni avtobuslar buraxılıb.

Artıq yeni ildən həmin marşrut üzrə sərnişinlərə yeni avtobuslar xidmət göstərir.


loading...