Bakının bu rayonu susuz qalacaq

Bakının bu rayonu susuz qalacaq

Bakının Nəsimi rayonunun M.Cəlal və H.Seyidzadə küçələrindən keçən magistral xətlərdə yenidənqurma işlərinin aparılması ilə əlaqədar bu gün rayonun bəzi ərazilərinə - 1-ci, 2-ci, 3-cü, 4-cü və 5-ci mikrorayonlara içməli suyun verilməsində məhdudiyyətlər olacaq.  

Xəbərçi.az report-a istinadən məlumat verir ki, bu barədə "Azərsu” ASC-nin açıqlamasında bildirilir.  

Məlumatda deyilir ki, yaranmış narahatlıqla əlaqədar "Azərsu” abunəçilərdən üzr istəyir.

 


loading...