
Bu gün saat 12:00-dan 15:30-a qədər Abşeron rayonu Masazır qəsəbəsinin bir hissəsində elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.
Xəbərçi.az bildirir ki, bu barədə “Azərişıq” ASC-dən məlumat verilib.
Bildirilir ki, yaranan fasilə 110/10 kV-luq Masazır yarımstansiyasından qidalanacaq 10 kV-luq yeni elektrik verilişi xəttinin quraşdırılması işləri ilə əlaqədardır.
Yaranmış narahatlığa görə, “Azərişıq” ASC İstehlakçılardan üzr istəyir.