Sabaha olan hava proqnozu

Sabaha olan hava proqnozu

Bakı və Abşeron yarımadasında dekabrın 14-də havanın buludlu olacağı, arabir yağış yağacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək.  

ETSN-dən Xəbərçi.az-a verilən məlumata görə, havanın temperaturu gecə 5-7° isti, gündüz 9-12° isti, Bakıda gecə 5-7° isti, gündüz 10-12° isti olacaq.   Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu təşkil edəcək.  

Nisbi rütubət 75-85% olacaq.    

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin bəzi şimal və şərq rayonlarında çiskinli yağış yağacağı ehtimalı var.  

Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.  

Havanın temperaturu gecə 0-5° isti, gündüz 8-13° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 4-9° isti təşkil edəcək.

 


loading...