"Yeni il"də neçə gün istirahət edəcəyik? - AÇIQLANDI

"Yeni il"də neçə gün istirahət edəcəyik? - AÇIQLANDI

Yeni il bayramında Azərbaycanda 5 gün istirahət olacaq.

Xeberçi.az report-a istinadən məlumat verir ki, dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəyliyi günü, 2018-ci ilin yanvarın 1-də və 2-də isə Yeni il bayramı ilə əlaqədar iş olmayacaq.

Dekabrın 31-i bazar gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən növbəti iş günü, yəni yanvarın 3-ü də qeyri-iş günü hesab ediləcək.   Dekabrın 30-u isə şənbə gününə təsadüf edir.

Beləliklə, ölkədə 5 gün - dekabrın 30-da, 31-də, yanvarın 1-də, 2-də və 3-də iş olmayacaq.   Yanvarın 4-ü Yeni ilin və yeni iş həftəsinin ilk iş günüdür.


loading...