Əhmədli bu gecə - İŞIQSIZ QALACAQ

Əhmədli bu gecə - İŞIQSIZ QALACAQ

Bu gecə saat 01:00-dan saat 04:30-a qədər Bakının Xətai rayonundakı Əhmədli yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.  

Bu barədə Xəbərçi.az-a "Azərişıq” ASC-nin mətbuat xidmətindən məlumat verilib.  

Onun sözlərinə görə, fasilə əsasən General Şıxlı, Nəsrəddin Tusi, Sarayev, Neapol, Məhəmməd Hadi, Sadıqcan, Telnov küçələrini əhatə edəcək. Buna səbəb ”Azərenerji” ASC-yə məxsus 110/35/10 kV-luq "Əhmədli" yarımstansiyasında aparılan təmir işləridir.  

Yaranacaq narahatçılığa görə "Azərişıq" ASC istehlakçılardan üzr istəyir.

 


loading...