"Roki” və "Rembo” rolları ilə məşhurlaşan Silvester Stalonni zorlanmaqda ittiham olunur.
Xəbərçi.az xarici mətbuata istinadən məlumat verir ki, onun 1986-cı ildə qorumasıyka mühavizəçisi ilə birlikdə 16 yaşlı qıza təcavüz etdiyi iddia edilib. Aktyor özü isə bu xəbəri yalanlayıb.
Məlumatda bildirilir ki, aktyor Las-Veqasda bir filmin çəkiliş meydançasında adı açıqlanmayan qızı zorlayıb.
O dövrdə 40 yaşı olan Stallone "Hilton" oteldə ailəsi ilə qalan qızla tanış olub. "Zirvədə"(Over the Top) filminin çəkilişləri üçün Las-Veqasda olan Stallone ondan imza istəyən qızla söhbət etməyə başlayıb. Stallonenin cangüdəni qızdan "Silvester sənə yaxın münasibət göstərsə nə edərsən?"-sualına "Mən də ona yaxınlıq edərdim"-cavabını verib.
Sonra isə cangüdən qıza 27-ci mərtəbədəki otağın açarını verib. Yuxarı qalxan qız dəhlizdə Stallonenin cangüdəni ilə qarşılaşıb və birlikdə otağa keçiblər.
Polis arxivlərinə əsasən, cangüdən də Stallone ilə birlikdə qızla cinsi əlaqədə olub. Cangüdən qızı oral seksə məcbur edir. Sonra isə Stallone və cangüdəni qızı qorxudaraq baş verənləri heç kəsə danışmamağı tapşırırlar. Keçmişdə təcavüzə məruz qalan qadın dediyinə görə, həm aktyor, həm də mühaviçənin "Əgər danışsan başını üzərik” dediklərini iddia edib.
Stallone isə açıqlamasında xəbəri təqzib edib.