Dünən əməkdar artist, gitara ifaçısı Rəmiş (Rafiq Hüseynov) və həyat yoldaşı Gülü “5də 5” verlişinin qonağı olublar.
Xəbərçi.az məlumat verir ki, veriliş zamanı aparıcı Zaur Gülüyə suallar təqdim edib. Həmin sualları Gülü həyat yoldaşı Rəmişə verib.
Rəmişlə Gülünün sual-cavab əsasında yaranan maraqlı dialoqunu təqdim edirik:
Mənə görə gitaranı atarsan?
- Yox!
Mənə xəyanət eləmisən?
- 50 dəfə.
Maşını satıb, mənə bahalı şuba alarsan?
- Mənim Ehtiram kimi, Təyyar kimi dostlarım var. Maşını satınca, onlara deyərəm "Gülüyə şuba alıb, gətirin", alıb gətirərlər. Bu da olmasın iki milyarderin toyu.
Evi mənim adıma keçirərsən?
- Çoxdan keçirmişəm, evi də, maşını da. Ona görə ki, insan ömrü çox qısadır. Xəstələnməyi var, ölməyi var. Mənim başıma nəsə gələrsə, bəzi qohum-əqraba o mülk üçün Gülüylə davaya qalxmasınlar, ona görə.
Mənim ad günüm nə vaxtdır?
- Yadımda deyil o.
Məni çox istəyirsən, yoxsa gitaranı?
- İkinizi də eyni səviyyədə. Biri pul gətirir, biri də əziyyətimi çəkir.
Mənim dalımca danışmısan?
- Çox.
Camaatın yanında sevgini mənə sübut edə bilərsən?
- Camaatın yanında? Camaatın yanında sevgi olar?!(gülür)
Maraqlı cavablar alan Gülü bəzi suallardan çəkinərək Rəmiş üçün “axmaq cavablar verəcək, onun ağzı xarabdı” deyib.