Müğənni Fədayə Laçının həbsxanada intihara cəhd etmə xəbəri rezonans doğurub. Xəbərin doğru-yalnış olması barədə heç bir rəsmi açıqlama verilməsə də, ifaçının ailəsi xəbəri təkzib edib. Ümumiyyətlə bu xanım ifaçının həbsxanadakı durumu, azadlıqdan məhrumiyyəti barədə proqnoz almaq istədik. Bunun üçün Rusiyada yaşayan azərbaycanlı məşhur ekstrasens Aqil Məhərrəmova müraciət etdik. Xəbərçi.az-a danışan ekstrasens suallarımızı belə cavablandırıb:
“Fədayə Laçın təbii ki, hər kəs bildiyi kimi indi şok vəziyyətindədir. Bunu demək üçün ekstrasens olmağa ehtiyac yoxdur. Amma o intihara cəhd etməyib. Mən bunu görmürəm. Hal-hazırda həmin xanım çox böyük peşmanlıq hissi və sarsıntı yaşayır, məhv olur. Amma darıxmasın. Hər qaranlıq gecənin necə deyərlər bir işıqlı gündüzü olur. O həbsxanada çox qalmayacaq. Fikrimcə, Fədayə Laçın tezlikcə həbsxanadan çıxacaq, amma cəzası olacaq. Bu xanım sadəcə öz istəyi ilə sevgi qurbanı olmaq istəyib, amma lazım deyildi. Çünki Fədayə çox sevib, ancaq qarşı tərəf ... Nə isə bu haqda çox danışmaq istəmirəm. Həm də ki, istintaq davam edir, çox danışmaq olmaz. Fədayə Laçına məsləhətim sevgi dəftərini bağlasın, bir də sevməsin. Qəti ! Qanunlarımız alidir, inşallah Allah qapısını açacaq”.
“Sanki sevgiyə qarşı çıxırsınız amma özünüzə heç olmayıbmı ki, sevgiyə görə müraciət edib, fantastik məbləğ təklif etsinlər” sualına Aqil Məhərrəmov belə cavab verib:
“Sevgi qurbanı daha çox qadınlar olur, daha çox əziyyət çəkən də elə onlar olur. Nə yalan deyim olub. Hətta 2 il əvvəl bir xanım qəbuluma gəlmişdi, ona başına gələnləri dedim, xanım sanki şok keçirdi. Sevgilisi xarici ölkələrin birində həbsdə idi. Xanım da imkanlı ailənin qızı idi, azərbaycanlı idi. Külli miqdarda pul təklif etdi ... Elə məbləğ ki, heç kim yox deməzdi. Həbsdə olan sevgilisinə qovuşmaq üçün ona yardım etməyimi istədi, kömək edə bilərdim amma etmədim. Çünki o xanım həbsxanadakı sevdiyinə qovuşduqdan sonra məhv olacaqdı. Tam məsuliyyətimlə deyirəm ki, 90 faiz sevgi məsələlərində alınmayan iş olmur ”.
ƏFRUZƏ AĞAYEVA