ARB TV-nin "Səhər-səhər" verilişinin bu dəfəki qonağı əməkdar artist Natəvan Hacıyeva olub.
Xəbərçi.az bildirir ki, diktor ona ünvanlanan "Xəyanəti bağışlamaq olar" sualına belə cavab verib:
"Bir dəfə növbətçi idim, gecə gəldim evə. Mənim üçün verilən qızılların qoyulduğu qabı elə bil ki, kimsə dedi aç. Açdım ki, boşdur. Qızıllar yox idi içində. Yoldaşımdan soruşdum ki, "Qızıllar haradadır?". Mənə "Göyə uçdu" cavabını verdi. Heç nə demədim. Sonra başa düşdüm ki, o, özü oğurlayıb.