"Dekabr ayında filmimizin qala gecəsi olacaq. İlk dəfədir ki, bu filmdə baş rolu canlandırıram. Bundan öncə Türkiyənin "Yahşi cazibe" serialında rol almışdım. İlk dəfədir ki, kinokomediyada baş rolu ifa edirəm. Çox istərdim ki, insanların xoşuna gəlsin.
Görüşdüm, ssenari ilə bağlı danışdım. Mənə maraqlı gəldi. Əvvəl çəkilməyə elə də əmin deyildim. Çəkilişlər yarım ay davam etdi. Yay mövsümü idi. Yayda da uşaqlarım Bakıda olurlar. Burda uzun müddət elə həmin ərəfədə qalıram".
Xəbərçi.az bildirir ki, bu sözləri "ARB Ulduz"un "Şou-məkan" verilişinin qonağı olan Nigar Camal ilk dəfə baş rol oynadığı "Kəklikotu" filmi haqqında danışarkən deyib.
Müğənni, həmçinin, sevmədiyi insanla heç bir zaman ailə qurmayacağını xüsusi vurğulayıb. Sevəcəyi şəxslə rastlaşacağı halda isə ikinci dəfə ailə həyatı qura biləcəyini açıqlayıb:
"Mənim üçün münasibət çox önəmlidir. Əgər münasibət qursam, gərək həmin adam sevdiyim insan olsun. Sevmədiyim insanla heç bir zaman münasibət qurmaram.
Qarşıma sevəcəyim insan çıxsa, mənə qarşı hörməylə yanaşsa, həmin insanla xoşbəxt olsam, onunla ikinci dəfə ailə quraram.
Çox istərdim ki, evlənəcəyim adam azərbaycanlı olsun. Ona görə ki, eyni mədəniyyətə aid olarıq, eyni ölkədə yaşayarıq".
Müğənni yenidən ana olmaq istəyini də gizlətməyərək, ikinci dəfə ailə qurmaq istədiyini bildirib:
N.Camal yenidən ana olmaq istəyini də gizlətməyib:
"Ana olmaq ən gözəl hissdir. Çox istərdim. Gələcəkdə üçüncü dəfə ana olmağı düşünürəm".