Qan xərçəngindən vəfat edən rejissorun xanımı: "Toy günümüz idi, eh ..."

Qan xərçəngindən vəfat edən rejissorun xanımı: "Toy günümüz idi, eh ..."

Mərhum rejissor Şahin Zəkizadənin ölümündən 9 ay keçib. Xəbərçi.az bildirir ki, rejissorun həyat yoldaşı vizajist Səbinə Zəkizadə sosial şəbəkə paylaşımında bildirib ki, onlartın toy günlərindən 3 il keçir. 

 

"3 il bundan öncə bu günümüz çox həyacanlı idi. Çünki ailə həyatımızı birlikdə yaşamağa hazırlaşırdıq. Amma fələk elə pis döndü ki, səni məndən aldı. 6 oktyabr toy günümüz idi. Eh ... Hər şey yuxu kimi gəlir insana ... Bu gün sən yoxsan yanımda, yadigarın can parçan yanımdadır. Seyid Əli . Allah mənə güc versin onu sən istədiyin kimi böyüdüm".

Xatırladaq ki, rejissor bu ilin fevral ayında qan xərçəngindən vəfat edib. 


loading...