"Meyxanaçı Pərviz Bülbülə müğənni Damla ilə bir daha duet oxumayacaq" kimi başlıqlı yazılar dünən gecədən yerli mətbuatda, hətta televiziya verilişlərində belə müzakirə olunur. Xəbərə üzülən fanat ordusu ilə yanaşı, sevinənlər də oldu. Bu sevimli iki məşhurun hansı səbəbdən ayrıldığı səbəbi maraq doğurur. Hər zaman susqunluğunu qoruyan milyonlarla fanatı olan Damla xəbərçi.az-a məsələ barədə aydınlıq gətirib:
" Pərvizlə dostuq, həmkarıq, düşmən deyilik, amma artıq Pərviz başqa bir xanım ifaçı ilə oxuyacaq. Ona da, Türkan xanıma da uğur arzu edirəm. Pərviz gənc ifaçılara dəstəkdir, bu normal bir şeydir. Dünyada da, Azərbaycanda da o qədər birgə duet oxuyub, sonra solo ifa ilə məşğul olanlar var ki ... Biz Pərvizlə deyirik də, gülürük də, zarafatlaşırıq da, duet oxumuruq bu o demək deyil ki, biz qanlı-bıçaq düşmənik".