Son zamanlar adından söz etdirməyi bacaran müğənni, müxtəlif hit mahnılara söz yazan Ceyla bu gün ARB TV-də yayımlanan "Səhər-səhər" verilişində qonaq olub. Xəbərçi.az məlumat verir ki, aparıcı Elgiz Əkbər Ceylanı dəvət edən zaman müğənninin başına gələn bədbəxt hadisədən söz açıb. Bu haqda danışmaq istəməyən ifaçı uzun sürən depressiyadan sonra yenidən eyni hadisələri xatırlamaq istəmədiyini bildirib. Ancaq əldə etdiyimiz məlumata görə, 20 yaşında ailə quran ifaçının bəxti heç gətirməyib. Toyundan 8 ay sonra onun evi yanıb, özü yanıq xəsarətləri alıb. Ceyla xanım xəbərçi.az-a hadisəni təsdiq etsə də, bu barədə çox danışmaq istəmədiyini bildirib:
"Bu hadisə illər əvvəl olub, evim yandı ən əsası isə mən həyat yoldaşını bədbəxt hadisə nəticəsində itirdim. Bu barədə heç yerdə danışmamışam. Bu gün efirdə Elgiz müəllim bir balaca o hadisəni xatırlatsa da, mən söhbəti dəyişməyə çalışdım, heç bir açıqlama vermədim. Çünki bu elə bir ağır hadisə idi ki, ondan sonra dostlarım, ailəm mənə dəmir ledi də deyir. İllərlə depressiyada qaldım, amma həkimlər sayəsində sağaldım və hal-hazırda da ifaçılığımı davam edirəm. Çünki həyat mənə öyrətdi ki, ölənlə ölmək olmur, məcbur həyatını istədin-istəmədin davam etmək məcburiyyətindəsən".
Əfruzə Ağayeva