Türkiyədə yaşayan həmyerlimiz Günel Zeynalova növbəti dəfə nişanlısı Cem Ozan Torunlardan ayrılıb.
Xəbərçi.az bildirir ki, sənətçi bu barədə məlumatı şəxsi instaqram hesabında izləyiciləri ilə bölüşüb:
“Özəl həyatım üçün aldığım və mənim üçün ən doğru, xeyirli olan qərarı iş həyatımda da reallaşdırdım. “Torunlar Ajans” və orada çalışanlarla bütün əlaqəmi kəsdim”.
Günel açıqlamasında yeni şirkət açdığını da bildirib:
“Bu gündən bütün tədbirlərimi öz şirkətim olan “BYGNL” əməkdaşları təşkil edəcək və işimə onlarla davam edəcəm”.
Qeyd edək ki, “Torunlar Ajans” Günelin nişanlısı Cem Ozan Torunların ailəsinə məxsus idi.
Cem və Günelin nişanı ötən ilin oktyabrında olmuşdu. Bu ilin iyulunda isə onların ayrılma xəbəri yayılmışdı. Günel uzun müddətdir bununla bağlı sualları cavabsız qoyurdu. Hətta bu yaxınlarda cütlük barışdığını bildirmişdi. Amma ,görünür, qısa vaxt keçmədən onlar yenidən ayrılıblar.
Günel və Cem birlikdə restoran da açmışdı.