Çəkiliş üçün İrana gedən məşhur aktrisa - "Qayıtmayacağam"

Çəkiliş üçün İrana gedən məşhur aktrisa - "Qayıtmayacağam"

Ötən gün İranda zəlzələ baş verən vaxt məşhur türk aktrisası Nurgül Yeşilçay da orada olub.

Xəbərçi.az Türkiyə mediasına istinadla bildirir ki, "Güzel Cin" filminin çəkilişləri üçün İrana gedən aktrisa İranda bədbəxt hadisə ilə üzləşib.

Zəlzələ baş verən zaman oteldə olduğunu bildirən aktrisa sağlamlığının yerində olduğunu söyləyib: “Çəkilişdən yenicə qayıtmışdım. Otağımda dincəlirdim. Qəfil zəlzələ oldu, silkələnmə başladı. Dərhal otelin qəbul şöbəsinə zəng etdim. “Qorxulu heç nə yoxdur” dedilər. Çox şükür, yaxşıyam. Çəkilişləri bitirmədən qayıtmayacağam”

Qeyd edək ki, İran-İraq sərhəddində baş verən zəlzələ nəticəsində 440-dan çox adam ölüb.


loading...