Müğənni Könül Kərimova qızı Ləmanın toyuna hazırlaşır.
Xəbərçi.az-ın axşam.az-a istinadən verdiyi məlumata görə, toy noyabrın 27-də baş tutacaq.
K.Kərimova hazırda Ləmanın xına mərasimi üçün qonaqlar dəvət edir. Xına noyabrın 20-də keçiriləcək. Şəhər restoranlarından birində baş tutacaq məclisə şou-biznes nümayəndələri də dəvətlidir.
Məclisi rəqqasə Fatimə Fətəliyeva idarə edəcək.
Qeyd edək ki, Ləmanın nişanı mayda olub.