Ötən axşam "O Səs Türkiyə" mahnı müsabiqəsinin növbəti buraxılışı yayımlanıb. Xəbərçi.az bildirir ki, Oğuzhan Özdemir adlı iştirakçı səhnədə "Yandırdın qəlbimi aman" adlı Azərbaycan xalq mahnısı ilə çıxış edib. Oğuzhanın çıxışını münsiflərdən Göhkan və Yıldız Tilbe bəyənərək, ona qarşı dönüblər. Lakin Azərbaycan mahnısı yarışmada "anonim" olaraq qeyd edilib.
Gökhan "Bu əsər ilk dəfədir ki, burda səslənir, Tarık usta?" deyə soruşub. Orkestrin rəhbəri isə Gökhanın bu sözlərini başı ilə təsdiq edib.
Yarışın ən zarafatcıl münsifi olan Göhkan mahnının kimə aid olduğunu soruşduqda isə iştirakçı "Bir çox sənətçidən dinlədim, amma kimə aid olduğunu mən də dəqiq bilmirəm" deyə bildirib. Yıldız Tilbe bu mahnının Azərbaycan mahnısı olduğunu bildirərək, Göhkanın sualına cavab verib.
Həmin kadrları təqdim edirik: