ARB TV-də yayımlanan "Səhər-səhər" verilişinin qonağı müğənni Zeynəb Dostəliyeva olub. Xəbərçi.az bildirir ki, müğənni ilk həyat yoldaşı ilə ayrılma səbəblərindən danışıb: "Məni atam və anam 5-ci sinifdə oxuyanda nişanladılar. Nişanlı olmağımız 5 il sürdü. Birinci evləndiyim şəxs əmimoğlu idi, amma mən bu evliliyi davam etdirə bilmədim. Çünki istəyirdim ki, evli olduğum şəxsdən çəkinim. Sonra əmimoğlunu başqa bir xanımla evləndirdik. Hazırda da həmin insanla münasibətimiz normaldır".
Aparıcı Elgiz Əkbərin "İkinci həyat yoldaşın ilə necə tanış olduz?" sualına isə müğənni "Qızımın bir yaşı olanda, həmin insanla tanış olduq və evləndik. O, mənim üçün istədiyim hər şeyi edirdi. Amma çox qısqanc idi. Hətta ondan icazəsiz anamgilə belə getməyə qoymurdu. Yoldaşım qışda tez-tez dənizdə çimməyi sevdiyindən, böyrəkləri fəaliyyətini dayandırdı və öldü. Artıq bu hadisədən sonra ailə qurmadım".
Qeyd edək ki, Zeynəb Dostəliyeva xalq artisti Nazpəri Dostəliyevanın bacısıdır.