Aktrisa Cennifer Qarnerin İnstagramda paylaşdığı şəkil insanların gülüşünə səbəb olub. Xəbərçi.az bildirir ki, Cennifer bu dəfə toyuğu ilə gəzintidən olan şəklini izləyiciləri ilə bölüşüb. Diqqət çəkən məqam isə 45 yaşlı aktrisanın şəkli bu cür şərh etməsidir:
"Ridcina hər gün gəzməyi, kələm yeməyi sevir ancaq iri doğranmış tərəvəzlərdən acığı gəlir".
Aktrisanın bu fotosuna çoxlu sayda insan gülüş smayliki qoyub.
Qeyd edək ki, Cennifer Qarner aktyor Ben Afleklə 2005-ci ildə ailə qurub. 2015-ci ildə ayrılan cütlük, 2017-ci ildə rəsmən boşanıb. Onların 3 övladı var.