Müğənni Səidə Sultan efirdə tanınmış müğənni Tacir Şahmalıoğludan danışıb.
Xəbərçi.az bildirir ki, ARB TV-də aparıcı Elgiz Əkbərin təqdimatında yayımlanan "Səhər-səhər" verilişinin bu dəfəki qonağı müğənni Səidə Sultan olub. O, efirdə ailə həyatı qurmaq haqqında öz şəxsi fikirlərini digər qonaqlarla bölüşüb. Müğənni efirdən Tacir Şahmalıoğlunun "müğənni qızla sevgili olmaq olar, amma evlənmək yox" fikrinə kəskin cavab bildirib:
"Tacir Şahmalıoğlu çıxıb efirə müğənni qız ilə sevgili olmaq olar, onunla evlənmək olmaz” deyib. Mən başa düşə bilmirəm ki, bu nə sözdür o deyir? Eləsinin götürüb, başını kəsəsən! İnsan kasıb ola bilər, əsas onun mərdliliyidir. Hər şey pulla həll olunmur. Təki mənim istədiyim, ürəyimə yatan kişi olsun. Amma təəssüf ki, Azərbaycanda belə bir anlayış var ki, "müğənnidir", ona görə də onunla ancaq gəzib-kef çəkməlisən, ailə qurmaq isə əsla olmaz".