Azərbaycanda məişət zorakılığının STATİSTİKASI

Azərbaycanda məişət zorakılığının STATİSTİKASI

Azərbaycanda məişət zorakılığına məruz qalanların 85 faizi qadınlar, 14,5 faizi kişilərdir.

Xəbərçi.az bildirir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin informasiya və analitik araşdırmalar şöbəsinin məsləhətçisi Aynur Veysəlovadeyib.

O bildirib ki, zorakılığa yalnız qadınlar deyil, kişilər də məruz qalır: "Ailə daxilində hər kəs zorakılığa məruz qala bilər, kişilər də bu baxımdan istisna deyil".

A.Veysəlova bildirib ki, məişət zorakılığına məruz qalanlar arasında yetkinlik yaşına çatmayanlar da var: "Zorakılığa məruz qalanlar arasında ümumi orta təhsil ala bilməyən uşaqlar da var. Ona görə də uşaqların təhsilə davamiyyəti gündəmə gəlməlidir".

 

A.Veysəlova qeyd edib ki, zorakılığa məruz qalanların 74 faizi evli, 89,8 faizi orta təhsillidir.


loading...