Tanınmış ifaçı Aysel Əlizadə "5/5" verilişinin qonağı olub. Xəbərçi.az bildirir ki, aparıcı Zaur Kamal digər xanım müğənnilər kimi Ayseldən də makiyajını silib, kompleksiz və təbii gözəl olmasının sübutunu istəyib. Aparıcının bu istəyini təəccüblə qarşılayan müğənni bildirib ki, tamaşaçı qarşısında belə hərəkət etmək olmaz, çünki bu qeyri-etikdir. İfaçı kamera arxasına keçərək makiyajını silib və studiyaya qayıdıb.
Xatırladaq ki, bundan əvvəl aparıcı Zaur Kamal müğənnilər Sevda Yəhyayeva, Şəbnəm Əsədova və Afət Fərmanqızına da verilişdə makiyajı sildirib.