Azərbaycanı “Eurovision-2018”də o təmsil edəcək - VİDEO

Azərbaycanı “Eurovision-2018”də o təmsil edəcək - VİDEO

Azərbaycanı “Eurovision-2018”də təmsil edəcək ifaçı bəlli olub.

Xəbərçi.az  report-a istinadən məlumat verir ki, noyabrın 8-də Azərbaycanı “Eurovision-2018” mahnı müsabiqəsində təmsil edəcək ifaçının müəyyənləşdirilməsi məqsədilə münsiflər heyətinin iclası keçirilib.

Toplantıda Azərbaycanı builki yarışmada Aysel Məmmədovanın təmsil edəcəyi müəyyənləşdirilib. 

Qeyd edək ki, Aysel Məmmədova 1989-cu ildə Bakı şəhərində anadan olub. Musiqiçi ailəsində doğulan Ayselin həyatı uşaqlıqdan musiqilə bağlı olub. O 1995-2006-cı illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində təhsil alıb. 2010-cu ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Aysel "Caspian Jazz & Blues Festival"(2002), Bakı Beynəlxalq Caz Festivalı (2005/2006), "MuzEnergo Festival of Music İmprovisation"(2007), Montro Caz Festivalı (2009) Emil İbrahimin musiqi qrupunun müşayiəti ilə, Qafqaz Caz Festivalı (2012) və "Jara-2017" festivalı kimi beynəlxalq musiqi festivallarının iştirakçısı olub.

Aysel 2013-cü ildə tanınmış musiqiçilər Aleksandr Coppaloni və 2015-ci ildə isə Deborah.J.Carterdən özəl dərslər alıb. Eyni zamanda Rusiya, Gürcüstan, Türkiyə, Ukrayna, İsrail, İsveçrə, Niderland və İtaliyada keçirilən musiqi tədbirlərində də iştirak edib.

Aysel pianoçu, vokalist və bəstəkardır.


loading...