Vüsalə Əlizadənin yeni “Porsche”si - Hədiyyə, yoxsa..?

Vüsalə Əlizadənin yeni “Porsche”si - Hədiyyə, yoxsa..?

Tanınmış teleaparıcı Vüsalə Əlizadə özünə yeni avtomobil alıb. Xəbərçi.az bakupost.az-a istinadən bildirir ki, "Maşın” realiti şounu yarımçıq tərk edən aparıcının avtomobil seçimi "Porsche Cayenne” markalı maşın olub.

Digər mənbənin verdiyi məlumata görə isə, sözügedən avtomobili ona pərəstişkarlarından biri hədiyyə edib. Belə ki, V. Əlizadənin səhhəti pisləşdiyi üçün "Maşın”dan əlini götürməsi və maşınsız qalması izləyicilərindən birinə pis təsir edib. O, sevimli aparıcısına bahalı avtomobil hədiyyə edib.

Məsələ ilə bağlı aparıcıdan açıqlama almaq istəsək də, V. Əlizadə telefon zənglərinə cavab vermədi.


loading...