Tacirdən Fədayə etirafı - "Məndən ayrılmaqla ən böyük səhvi etdi..."

Tacirdən Fədayə etirafı - "Məndən ayrılmaqla ən böyük səhvi etdi..."

Müğənni Tahir Şahmalıoğlu “Qoca” ləqəbli “avtoritet” Etibar Məmmədovun qaçmasına görə həbs olunan müğənni Fədayə Laçının bacısı İlahə Fədanın apa tv-də səsləndirdiyi ittihamlarına cavab verib. Xəbərçi.az bildirir ki, a24.az-açıqlamasında Tacir Şahmalıoğlu İlahə Fədanı səsləndirdiyi fikirlərin yalan olduğunu deyib:

“Mənim tanınmağa heç vaxt ehtiyacım olmayıb, 6 yaşından məni dünya tanıyır. Onlar hamısı boş-boş söhbətlərdi. İlahə normal adam deyil, normal insan elə danışmazdı. Hansı müəllim tələbəsinin dalına düşür ki, görüm tələbə hara gedir, hardan gəlir, elə müəllim olur?! Mən həmişə ona düzgün istiqamət vermişəm, o mənim verdiyim istiqamətlərlə getməyib. Ona görə də belə olub. Bizim duetlərimiz bütün Azərbaycana səs saldığı halda, o, tək oxumaq istədi. İlk növbədə orda səhv etdi ki, məndən ayrıldı. 15 ildir bilmirəm o nə işlə məşğuldur, bu hadisələr ortaya çıxanda həqiqəti bildim”.


loading...