
Adı “O səs Türkiyə” iştirakçısı Dodan Özerlə hallanan müğənni Hadisə yeni “sevgilisi” Aurelien Mullerlə əl-ələ kamera qarşısına keçib.
Xəbərçi.az Türkiyə mediasına istinadən xəbər verir ki, Dodanla eşq yaşadığını inkar edən ifaçı fransız modellə “Sıfır Tolerens” klipinə çəkilib. Klipdə Muller sənətçinin sevgilisi rolunu canlandırıb. 7 il sonra ilk dəfə biri ilə əl-ələ kamera qarşısına keçən Hadisənin Aurelienlə münasibətdə olduğu da deyilir.
Xatırladaq ki, Hadisə sonuncu dəfə 2010-cu ildə sevgilisi olmuş müğənni Sinan Akçılla əl-ələ görüntülənmişdi.




