Dünən Nizami Kino Mərkəzində baş rollarında Kənan MM və Pərvin Abıyevanın oynadığı “Gecə qonağı 2” filminin təqdimat mərasimi keçirilib.
Xəbərçi.az bildirir ki, yağışlı havaya rəğmən qala gecəsinə xeyli sayda insan gəlib.
Gecəyə Xalq artistləri Həmidə Ömərova, Firəngiz Mütəllimova, Ramiz Novruz, aktyorlar Elməddin Cəfərov, Fərda Amin, Əlibəy Məmmədli, Tural Baxış, Qorqud Cəfər, Tural Əhməd, aktrisalar Xəyalə Quliyeva, Fidan Axundova, Nərgiz Mütəllimova, Ülfət Bəşirova, Zarina Qurbanova, Natavan Əfəndiyeva, Xumar Səlimova, aparıcılar Murad Dadaşov, İlkin Həsəni, Şəhriyar Əbilov, Cavid Gül, Kəmalə Piriyeva, müğənnilər Emil Bədəlov, Səbinə Əskərova, rəqqasə Fatimə Fətəliyeva, Prodüser Təranə Səmədova və başqaları qatılıb.
Diqqətçəkən məqamlardan biri gecəyə qatılan xanımların dekolteli geyimləri, medianın filmin baş rol ifaçılarına qarşı elə də diqqətcil olmaması və Murad Dadaşovun filmə 5 dəqiqə girişdə baxıb, məkanı tərk etməsi olub.
Jurnalistlərə müsahibə verərkən Kənan MM-in telefonla danışması da diqqətdən yayınmayıb.
O, film haqqında fikirlərini belə izah edib: “Filmin çəkilişlərinə 9 ay vaxt sərf etmişəm. Əgər tamaşaçı filmi bəyənməsə, deməli günah tamaşaçıdadır”.
Ekran işinin yaradıcı heyyətindən yalnız Kənan MM film başlayarkən səhnəyə çıxıb, onların ümumi təşəkkürü isə ümumi baxışdan sonra olub.
Yaradıcı heyyət hər kəsə təşəkkür edib. Pərvin Abıyeva isə filmdəki oyununu bəyənmədiyini bildirib.
Filmin rejissoru və baş rol ifaçısı Kənan MM isə filmdəki obrazından çıxa bilməyib. Belə ki, o, səhnədə ağlamağa başlayıb və bu sözləri deyib: “Mən ömrü boyu bahalı daş-qaşlarla oynamışam. Amma mənim üçün ən bahalı daş-qaş tamaşaçıların alqışlarıdır”.
Daha sonra Kənan MM filmdə rol alan oğlu Hüseynə söz verib. Planlaşdırılmış şəkildə səhnədə atasından filmdəki qonorarını tələb edən Hüseyn, ondan 500 manat alıb.
Qala gecəsindən fotoları təqdim edirik:
https://www.youtube.com/watch?v=ZS7q_BBXP7U