"Sübut etsə, Ülviyyəyə 90 minlik maşın alacam” - Yaşardan gözlənilməz açıqlama

"Sübut etsə, Ülviyyəyə 90 minlik maşın alacam” - Yaşardan gözlənilməz açıqlama

Tanınmış jurnalist Ülviyyə Alovlunun "Maşın şou"nun iştirakçısı Yaşar Cəlilov barəsində söylədiyi ittiham qarşı tərəfi özündən çıxardıb.

Xəbərçi.az məlumat verir ki, yenicaq.az-a açıqlama verən Y.Cəlilov "məni arvad söhbətinə qatmasınlar" deyərək, od püskürüb:

"Mənim heç kimə borcum-filan yoxdur. 9 minim olsa, özümə xərcləyərəm, Vüsaləyə yox. Elə Vüsalənin də 9 mini olsa, özünə xərcləyər. Bu sözləri kişi xeylağı söyləsəydi, onunla başqa cür danışardım. Ülviyyəyə də deyirəm ki, bunu gəl mənə sübut et. Gedək SMS-lərin siyahısını çıxardaq, əgər dediyini sübut etsən, sənə 90 minlik maşın alacam. Mən şouda iştirak edəndə Vüsaləyə ancaq 305 manatlıq sms göndərmişəm. Qalanını da xalq və dostları göndərib".

Qeyd edək ki, jurnalist Ülviyyə Alovlu yenicag.az saytına Vüsalə Kərimova ilə bağlı bunları deyib:

"O, Murad Dadaşovdan Elşad Xoseni "vurmaq" üçün sifariş alıb. Vüsalə həm ona qarşı çıxan Talıba, həm də "sifariş olunmuş" Xoseyə qalib gəlmək üçün xeyli pul xərcləməli olub. Bildiyimə görə, "Maşın şou"da ona xərclənən səslərə görə protejesi Yaşarla birgə hələ də 9 min manat borcları var. Axırda nə oldu ki? Onsuz da oyundan atdılar da. O 9 minin üstünə 9-un da qoyub, özümə yeni maşın alaram da..."


loading...