"Baş redaktor özünə avtomobil almaq istəyirdi" - Günel verilişinin bağlanmasından danışdı / QALMAQAL - VİDEO

"Baş redaktor özünə avtomobil almaq istəyirdi" - Günel verilişinin bağlanmasından danışdı  / QALMAQAL - VİDEO

Məlumat verdiyimiz kimi, ARB telekanalında yayımlanan aparıcısı Günel Ələkbərova olan "Yeməyə nə var" verilişi yayımını dayandırıb. Ancaq ifaçı Günel Ələkbərova xəbərçi.az-a müsahibəsində bildirib ki, əslində veriliş yayımını dayandırmayıb, sadəcə aparıcı dəyişikənliyi baş verib. G. Ələkbərova bildirib ki, xəbərdarlıq edilmədən, səbəb deyilmədən verilişin işçi heyəti onu işdən azad edib. Xatıradaq ki, bir neçə gün əvvəl verlişin layihə rəhbəri xəbərçi.az-a açıqlamasında qeyd etmişdi ki, sadəcə sponsor olmadığı üçün layihənin yayımına "stop" verilib. Ancaq G. Ələkbrova müsahibəsində qeyd edir ki, verilişin baş redaktoru özünə avtomobil almaq istəyib, istəyi reallaşmayınca isə Güneli verilişdən uzaqlaşdırıb. İfaçı verilişin baş redaktoru, redaktoru haqqında müxtəlif qalmaqallı fikirlər səsləndirib və iddia edib ki, şəxsi hesablamalarına görə  veriliş heyəti 2 ay əzində verilişdən 14 min  qazanc əldə edib.

- Deyəsən açıqlama vermək qərarına gəldiniz. Sizə  verilişlə bağlı zəng vuranda, hələ də “Yeməyə nə var” verilişinizin bağlanmasından xəbəriniz  yox idi.

- Yox,  sadəcə olaraq mən dünən susdum və dedim ki, susma haqqımdan istifadə edəcəm. Çünki bu işi birlikdə gördüyüm insanlar var.  Lahiyə rəhbəri, baş redaktor və redaktor ... İşə biz dördümüz bir yerdə başlamışıq. Mənə fərqli yerlərdən məlumatlar gəlirdi ki, saytlar mənim ARB-dən qovulduğumu yazır. Amma qeyd edim ki, bu ARB kanalının öz verlişi yox, prodakşnın çəkdiyi veriliş idi. ARB kanalının rəhbərliyinə çox böyük hörmətim var, mənim onlara qarşı iradım yoxdur. Çünki veriliş ARB kanalında yayımlansa da, onların verilişi deyildi. Mən qovulduğum haqda xəbərləri eşidəndə, verilişin redaktoru Həmzə bu xəbəri təkzib edib və xəbərçi.az-a açıqlama verib ki, bu yanlış  xəbərdir, Günel hər şənbə olduğu kimi öz verilişindədir  və veriliş davam edir. Amma mən eşidirdim ki, verilişin aparıcıları dəyişir, hətta başqa başqa insanların da aparıcı kimi adı çəkilirdi. Yəni onlar necə ki, sizi aldadırdılar, elecə də məni aldadıblar.

- Niyə bir ay ərzində verilişinizin bağlanmasından xəbəriniz olmayıb?  

- Mən “Maşın Şou”ya qatıldığıma görə ehtiyat verilişlər çəkmişdik, bu səbəbdən xəbərlər məni narahat etmirdi. Şənbə günü yenə də gözləyirdim ki, veriliş yayımlanacaq, çünki yayılan xəbərləri təsdiqləmirdilər. Belə bir söhbətin olduğundan 1 həftədirki, xəbər tutmuşam. Aparıcının kim olduğundan da xəbərim var. Sadəcə olaraq, zəng vurub səbəbini soruşanda, baş redaktor söhbəti  redaktorun üstünə, redaktor isə lahiyə rəhbərinin səbəkar olduğunu deyir. Düşündüm ki, görüşüb iclas  edək və mənə səbəb desinlər, daha sonra mən sizə açıqlama verim. Amma onlar görüşməkdən imtina etdilər.   

-  Bəlkə səbəb verilişin reytinqinin aşağı olması idi?  

-  Bunu özünüz araşdırsanız görərsiniz ki, mənim verilişim 2 aya yaxın efirdə oldu və yayımlandığı ilk gündən bir çox saytlarda və sosial şəbəkələrdə anonslar paylaşıldı. Mənim özümə də müəmmalı qaldı ki, əgər bir veriliş baxılırsa, reytinqlidirsə, işə qarşı məsuliyyət varsa, nəyə görə aparıcı dəyişdirilməlidir?  

-  Heç olubmu verilişə gecikmisiniz və ya getməmisiniz?  

-  Nəinki verilişə gecikmək, hətta 7 verilişdən 5-nin qonaqlarını belə mən dəvət etmişdim. Təbii ki, əvvəlcə məsləhətləşirdim redaktor ilə, sonra isə qonaqları dəvət edirdim. Hətta “Maşın Şou”dan mənə təklif gələndə kollektivlə məsləhətləşdim ki, əgər uyğun görürsünüzsə gedim, əks halda mənim işim daha vacibdir. Demək istədiyim odur ki, mən daima kollektivin fikirlərini nəzərə almışam.  

-  Əgər veriliş dediyiniz kimi baxımlı idisə, məsuliyyətsizlik etmirdinizsə, hətta qonaqları belə prodüsserin əvəzinə özünüz dəvət edirdinizsə, aparıcının dəyişdirilməsinə səbəb nə idi?  

-  Aparıcının dəyişdirilməsinə səbəb o idi ki, baş redaktor Mintac özünə maşın almaq istəyirdi. Əslində, tək səbəb bu deyil, bir neçə gülməli səbəb deyiblər, ən sonda da bunu dedilər.  

-  Müqaviləniz olubmu?  

-  Mən müqavilə ilə bağlı soruşanda lahiyə rəhbəri aydınlıq gətirdi ki, ARB kanalı ilə müqavilə bağlaya bilmərəm, çünki bu prodakşndır. Mən yalnız lahiyə rəhbərinin özü ilə müqavilə bağlaya bilərəm. Mənim heç əmək haqqımı vermirdilər, son 5-6 gündə güclə almışam.  

-  Neçə ay əmək haqqınız verilmədi?   

- 7 veriliş efirə getsə də, biz yaydan bəri bu verilişi ərsəyə gətirmək üçün çalışırdıq. Sınaq verilişləri çəkilib, hazırlıqlar aparılıb. Hərdən bəhanələr gətirirdilər ki, sponsor kasadlığıdır. Lakin mənim verilişimə gəlmək istəyən sponsorlar çox idi.  Bu səbəbdən mən aparıcının dəyişdirilməyini başa düşmürəm. Belə çıxır ki, məndən istifadə etdilər. Bu lahiyə rəhbərinin ilk işi idi. Onlar özlərini doğrultmaq üçün tanınmış reytinq qazanmaq üçün tanınmış simadan yəni məndən istifadə etdilər.   

- Lahiyə rəhbəriylə tanışlığınız necə yarandı? 

-  Mən  əvvəl verilişin redaktoru Həmzə Məmmədlini tanımışam. Həmzəyə dedim ki, istəyirəm musiqili verilişdə aparıcı olum. Sadəcə arzu idi. Daha sonra təklif gəldi ki, belə bir lahiyə var. İlk başlarda tərəddüd etdim. Çünki mən musiqili, canlı ansambllı, özümün də oxuyacağı bir veriliş arzusunda idim. Lahiyə rəhbəri  Paşa Abdulla, baş redaktor Mintac Elsevər və redaktor Həmzə Məmmədli ilə dəfələrlə müzakirələrdən sonra, demək olar ki, məni bu verilişə yalvara-yalvara gətirdilər. Çünki mən mətbəx verilişi istəmirdim. Məni əmin etdilər ki, dekabra qədər mətbəx verilişi olacaq, dekabrdan sonra mən istədiyim kimi veriliş. Mən də maksimum çalışırdım ki, gözəl veriliş ərsəyə gəlsin. Ən azından, bu mənim adımdır, öndə aparıcı görsənir. Baxmayaraq ki, kadr arxasında çalışanlar daha çox əziyyət çəkir,  yenə də göz qabağında olan aparıcıdır.   

-  Media vasitəsilə onlara nə demək istəyərdiniz? 

-  Onlar tək məni yox, medianı da aldatdılar. Mən “Maşın Şou”da olanda ARB-dən qovulduğumu  eşitdim, xəbərçi.az saytında bu barədə məlumat yayımlanmışdı, mənim də yanıma gələn dostlarım xəbəri mənə oxumuşdular.  Lakin redaktor özü təkzib etdi ki, yalan məlumatdır, Günel  ARB-dir, aparıcılığını davam etdirir və hər şənbə evinizin qonağıdır. Dünən də sizə məlumat verdilər ki, artıq veriliş dayandırılıb. Amma gördüyünüz kimi, veriliş yayımlanır, sadəcə aparıcı və verilişin adı dəyişilib, format isə eynidir. Təbii ki, verilişin adı “Günellə yeməyə nə var” yox, aparıcı dəyişirsə, ad da dəyişilməlidir. Verilişin adı dəyişdirilirsə, o demək deyil ki, veriliş dayandırılıb. Bu isə artıq insanlarla məzələnməkdir.              

- Deyirsiniz ki, verilişdə çox əziyyət çəkmisiniz ona  görə də onlara halallıq vermirsiniz?

-  Əsla halallıq vermirəm. Ən azından hamımız yığışardıq, problemin nə olduğunu deyərdilər, mən də anlayış göstərərdim. Bu günə qədər ARB kanalına olan hörmətimdən dolayı susdum, düşündüm ki, kollektivlə görüşüm, bir səbəb desinlər, sonra açıqlama verim. Amma gördüm ki, hərə bir bəhanə gətirir. Yenə də düşünürəm ki, bu mənim işim idisə, əziyyət çəkmək mənim borcum idi. Amma heç kim, heç kimin haqqına girə bilməz. Mənim çörəyimə bais olan, haqqıma girən, arxamca xoşa gəlməyən işlər çevirib, quyumu qazan insanlara, özlərini təsdiqləmək üçün məndən istifadə edənlərə halallıq vermirəm.  Mən verilişə gedəndə kiməsə söz verməmişdim ki, sənə maşın alacam və yaxud mənim sponsorlarım var.   

-  Bəs ARB kanalının özündən aparıcılıq təklifi gəlsə qəbul edərsinizmi?  

- Sevə-sevə qəbul edərəm. Çünki ARB kanalının rəhbərliyinə və işçilərinə böyük hörmətim var. Qısa müddət ərzində ARB kanalı çox böyük layihələrə imza atdı, özünü brend kanal səviyyəsinə çatdıra bildi. Rəhbərlik də çox yaxşı insanlardı, sadəcə yenə deyirəm bu prodakşn verilişi olduğu üçün mən rəhbərliyə müraciət etmədim.     


loading...