"Deyəsən siqaret ortağı Xoseni çıxartmağım ona pis təsir edib" - VÜSALƏ CAVABINI VERDİ

"Deyəsən siqaret ortağı Xoseni çıxartmağım ona pis təsir edib" - VÜSALƏ CAVABINI VERDİ

Jurnalist Ülviyyə Alovlu aparıcı Vüsalə Kərimovanın “Maşın” şouda Murad Dadaşovdan sifariş aldığını və Elşad Xoseni çıxardığını bildirib.

Jurnalist xanım iddia edib ki, smslərə görə hətta V. Kərimova borca da düşüb: “Maşın şou”da ona xərclənən səslərə görə protejesi Yaşarla birgə hələ də 9 min manat borcları var. Murad Dadaşovdan Elşad Xoseni “vurmaq” sifarişi alıb".

Xəbərçi.az-a gülərək cavab verən aparıcı Vüsalə Kərimova jurnalistin fikirlərinin əsassız və yalan olduğunu bildirib: "İtirmişəmsə əgər pul itirən mən, oyundan çıxartdığım isə Elşad Xose. Görəsən Ülviyyəni nə yandırır ?! Deyəsən siqaret ortağı Xoseni çıxartmağım ona pis təsir edib. Necə təsirlənibsə, oyundan 17 gün sonra ayılıb. Kiminsə tapşırıqlarını yerinə yetirməmişəm, bu mənim strategiyam olub. O, istəyir ki, mənə söz atmaqla gündəmdə olsun, saytlar ondan yazılar dərc etsin. Kimsə də görsün ki, Ülviyyə gündəmdədir və onu işə dəvət etsin. 

 


loading...